Heydər əl-Abadi: `Mosulun azad edilməsi üzrə əməliyyat başlanıb` 17 Oktyabr 2016 01:00 Dünya İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. “AFP” agentliyinə istinadən verilən xəbərə görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib. “İki illik mübarizəmiz sona çatır. Qələbə yaxındadır! Bu ölkəmizin, İraq xalqının böyük qələbəsi olacaq”, deyə H.əl-Abadi bildirib. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır. Ötən gün İraq və ABŞ hərbi qüvvələri İŞİD-in nəzarətində olan Mosul şəhərinə artilleriya zərbələri endirməyə başlayıb. Əraziyə beynəlxalq koalisiyaya məxsus aviasiya cəlb olunub. İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinləri xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb. Mosul sakinlərindən evlərini tərk etməmək, İŞİD terror təşkilatının mövqelərinə yaxınlaşmamaq tövsiyə edilib. "Sky News Arabia" telekanalının məlumatına görə, İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. (apa) / Teqlər : #Heydər əlAbadi: `Mosulun azad edilməsi üzrə əməliyyat başlanıb`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Filippində “Sarika” qasırğası ilə əlaqədar 12,5 min insan evakuasiya edilib Pakistanda iki avtobusun toqquşması nəticəsində 26 nəfər ölüb, 66 nəfər xəsarət alıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO