Fransada müsəlmanlara qarşı zorakılıq halları artıb

Bir həftə ərzində 32 hadisə qeydə alınıb

Maide.az-ın məlumatına görə, müsəlmanlara, xüsusilə də müsəlman qadınlara qarşı hücumların və bütün Fransa boyu təhqiramiz yazıların sayı Parisdə baş verən son terror aktlarından sonra nəzərəçarpacaq dərəcədə artıb.
 
Fransada İslamofobiyaya Milli Nəzarət Qrupunun rəhbəri Abdullah Zikri dünən, 20 noyabrda deyib: "Biz normalda müsəlmanlara qarşı hər həftə 4-5 hücum qeyd etdiyimiz bir halda, 13 noyabrdan bəri yalnız bir həftə ərzində 32 anoloji hal qeydə alınıb."
 
Zikri habelə bildirib ki, o müsəlmanlara qarşı hücumların daha da artacağını proqnozlaşdırırdı, çünki İŞİD terror qruplaşması tərəfindən məsuliyyəti öz üzərinə götürdüyü Parisdəki 13 noyabr hücumları radikal milliyətçilərə, sağçılara və irqçilərə müsəlmanları hədəfə almaq üçün bir bəhanə vermiş oldu: "Onlar yaranmış bu vəziyyətdən müsəlmanlara zərbə vurmaq üçün sui-istifadə edirlər."
 
“Fransada İslamofobiya ilə Mübarizə Cəmiyyəti” adlı daha bir Hüquq Müdafiə Təşkilatı da qeyd edilən dövr ərzində msəlmanlara qarşı 29 hücum aktı barədə məlumat verib.
 
Cəmiyyətin sözcüsü yaser Ləvati deyib ki, msəlmanlara qarşı hücumlar haqda çoxsaylı məlumat və şikayətlərlə üzləşib, bir çoxları uşaqlarının məktəbə gedərkən təhlükəsizliyi ilə bağlı məsləhət istəyiblər.
 
Fransa Senatının növbəti üç ay ərzində ölkədə fövqəladə vəziyyətin davam etdirilməsinə səs verdiyi bir halda, “Fransada İslamofobiya ilə Mübarizə Cəmiyyəti”-nin sözcüsü deyib: fövqəladə vəziyyətin elan edilməsi polis zorakılığı və təhlükəsizlik qüvvələrinin yoxlama aparmaq və həbs etmək üçün insanların evlərinə hücum etməsi ilə bağlı şikayətlərin artmasına səbəb olub./

Google+ WhatsApp ok.ru