Fransada yeni qanun etiraz doğurdu

Fransada minlərlə insan kəşfiyyatla bağlı yeni qanun layihəsinə etiraz etmək üçün paytaxt Paris küçələrinə yığışıb.
 
Axar.az xəbər verir ki, aksiya iştirakçıları “Vəkillər, hüquqlarımızı qoruyun”, “Şəxsi həyata müdaxilə etməyin”, “Məni izləməkdən əl çəkin” şüarları səsləndiriblər.
 
Qeyd edək ki, kəşfiyyatla bağlı yeni qanun layihəsində ölkədə terrorun qarşısını almaq üçün insanların internet fəaliyyətləri və telefon danışıqlarının izlənməsi nəzərdə tutulur. Avropa Şurası bir müddət öncə qanun layihəsinə görə Fransa hökumətini tənqid etmişdi./

Google+ WhatsApp ok.ru