Fransa polisi `Zəhra (s)  Mərkəzində`  əməliyyat keçirdi - 11 nəfər saxlanıldı

Fransa polisi `Zəhra (s) Mərkəzində` əməliyyat keçirdi - 11 nəfər saxlanıldı

Fransa polisi bu gün səhər bu ölkənin şiələrinə məxsus “Zəhra (s) Mərkəzin”ə hücum edib. 
 
Maide.Az xarici KİV-lərə istinadla xəbər verir ki, Fransanın Qrand-Sent rayonunda yerləşən mərəkəzə hücum zamanı 11 nəfər həbs olunub. 
 
Fransa polisi bu əməliyyatı antiterror əməliyyatı adlandırıb.
 
Məlumata görə, təxminən 200 polisin iştirakı ilə genişmiqyaslı  əməliyyatı səhər saatlarında "Centre Zahra France" (Fransa Zəhra (s) Mərkəzi) müsəlman təşkilatının mənzil qərargahında keçirilib.
 
Polisin yayımladığı məlumatda bildirilir ki, bu təşkilatın rəhbərləri "bir neçə terror təşkilatına" yardımda şübhəli bilinirlər.
 
Həmin şəxslərin evlərində də axtarışlar aparıldığı qeyd edilir.
 

Google+ WhatsApp ok.ru