Fransa Tehranda ofis açır

Fransa İranla iqtisadi əlaqələrin bərpası məqsədilə Tehranda biznes inkişaf ofisi açıb.
 
Sentyabrın 21-də ofisi Fransanın kənd təsərrüfatı naziri Stephane Le Foll və xarici ticarət üzrə naziri Matthias Fekl açıb.
 
Fekl deyib ki, Business France ofisinin açılması İranla “uzunmüddətə işləmək arzumuzdan xəbər verir”.
 
Le Foll xəbərdarlıq edib ki, Fransa şirkətləri İran bazarında pay almağa çalışan digər Avropa və Amerika firmalarının “güclü rəqabəti” ilə üz-üzədir.
 
İranla altı superdövlətin iyulun 14-də əldə etdiyi nüvə razılaşmasına görə, Tehranın nüvə fəaliyyətini məhdudlaşdıracağı halda sanksiyaların qaldırılacağı nəzərdə tutulur.
 
150 biznes liderinin İrana səfəri sentyabrın 23-dək davam edəcək.

Google+ WhatsApp ok.ru