İsveçdə təcavüzə məruz qalan Suriyalı ölüb

İsveçin Gevle şəhərində bıçaqlı hücuma məruz qalan 2 suriyalı qaçqından biri öldü, digəri yaralandı
 
Maide.az-ın məlumatına görtə, İsveçin rəsmi TT agentliyinin xəbərinə görə, prokuror Christer Sammens açıqlamasında, ilk araşdırmalarda hadisənin "ksenofobiya və irqçi" yanaşma nəticəsində baş verə biləcəyini düşündüklərini söyləyərək, bıçaqlı hücuma məruz qalan 18 yaşlı suriyalının həyatını itirdiyini, 17 yaşlı suriyalının isə yaralandığını deyib.
 
Yaşları 17-19 arasında dəyişən 3 isveçli gəncin qətllə əlaqədar nəzarətə alındığını söyləyən Sammens, polis istintaqından sonra şübhəlilərin həbs olunduğunu bildirib.
 
Sammens müalicə altında yaralı suriyalının həyatına təhlükə olmadığını da bildirib.

Google+ WhatsApp ok.ru