Pan Gi Mun Avropa liderlərini qaçqınların taleyinə biganə yanaşmamağa çağırıb 22 Sentyabr 2015 01:00 Dünya BMT Baş Katibi Pan Gi Mun bütün Avropa dövlətlərini beynəlxalq öhdəliklərə əməl etməyə, sığınacaq almaq hüququnu təmin etməyə, sığınacaq istəyənlərin məcburi şəkildə vətənlərinə qaytarılması qadağasını pozmamağa çağırıb”. Maide.az xəbər verir ki, APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş Katibi Pan Gi Munun bəyanatında bildirilir. Pan Gi Munun mətbuat katibinin açıqladığı bəyanatda qeyd olunur ki, həmin insanların çoxu təqib, münaqişələr, insan haqların pozulması nəticəsində qaçqın vəziyyətinə düşüb, Avropaya gedən yolda isə ağlasığmaz təhlükələrlə üzləşib. Pan Gi Mun qaçqın və miqrantların hüquq və insanlıq ləyaqətinə hörmət etməyə çağırıb. “BMT Baş katibi Avropada kifayət qədər qəbul məntəqəsi olmadığı üçün sərhədlərin bağlanmasını həyəcanla izləyir. O, qeyri-qanuni miqrantlar arasında cinayət hallarının artmasından və qaçqınların həbsindən narahatdır” – deyə, bəyanatda qeyd olunub. Pan Gi Mun avropalı liderləri qaçqın və miqrantların taleyinə biganə qalmamağa çağırıb. Baş katib həmçinin BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Avropa İttifaqı liderləri ilə görüşü səbirsizliklə gözlədiyini bildirib. Qeyd edək ki, o, Avropa liderlərini 30 sentyabra planlaşdırılan miqrasiya ilə bağlı görüşə dəvət edib. Teqlər : #Pan Gi Mun Avropa liderlərini qaçqınların taleyinə biganə yanaşmamağa çağırıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə növbəti terror aktı: 13 əsgər yaralanıb Fransa Tehranda ofis açır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO