Le Penə saxta səs ittihamı

Fransız radikal sağçı lider Marina Le Pen Avropa Parlamentinin səsvermə qaydalarını pozmaqda günahlandırılır

Maide.az xəbər verir ki, fransız radikal sağçı lider Marina Le Pen Avropa Parlamentinin səsvermə qaydalarını pozmaqda günahlandırılır.
 
Fransada irqçi Milli Cəbhə Partiyasının lideri və AP üzvü olan Le Pen  qatılmadığı səsvermələrdə səs vermiş görünür.
 
AP Xristian Demokrat (EPP) Qrup rəhbəri Manfred Veber AP sədri Martin Schulzdan radikal lider haqqında qatılmadığı səsvermələrdə əvəzindən başqalarına səs verdirdiyi səbəbi ilə istintaq başladılmasını istəyib.
 
Schulzun mətbuat ofisindən bildiriblər ki, saxtakarlıq iddiaları araşdırılır.
 
Le Penin qatılmadığı ən azı 8 sessiyada səs vermiş olması, şübhələri fransız irqçi liderin rəhbərlik etdiyi, AP-dəki Millətlər və Azadlıqlar Avropa Qrupunun digər həmsədri hollandiyalı Marcel de Graaff üzərində cəmləşdirir.

Google+ WhatsApp ok.ru