HƏMAS-dan Məscidi Əqsa hücumuna etiraz

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) siyasi bürosunun başçı köməkçisi İsmayıl Haniyyə işğal güclərinin Məscidi Əqsanı dağıtmaq cəhdləri və Fələstin mübarizəsini unutdurmaq səyləri qarşısında xəbərdar edib.
 
Maide.az xəbər verir ki, Haniyyə Məscidi Əqsaya yönələn təhdidlər haqqındakı fikirlərini natiq olaraq qatıldığı və Qəzza İslam Universiteti tərəfindən təşkil edilən "Fələstində sionizm - İslam qarşıdurmasının gələcəyinə dair fikirlər" başlıqlı konfransada dilə gətirib.
 
Haniyyə buradakı çıxışında Məscidi Əqsaya yönələn təhdidin bu məbədin zaman və ya məkan cəhətdən paylaşdırılması mərhələsini keçdiyinə, tamamilə dağıtmaq təhdidiylə qarşı-qarşıya gəlmə mərhələsində olduğuna diqqət çəkərək, bu müqəddəs məbədin dağıdılmasının əsl məqsədinin isə Fələstin mübarizəsinin İslam aləmindən qoparmaq olduğunu xatırladıb.
 
Haniyyə sionistlərin Məscidi Əqsanı dağıtmağın şərtlərini yaratmaq məqsədi ilə müxtəlif oyunlara müraciət etdiklərinə diqqət çəkərək, işğal rejimi tərəfindən bu məbədin altında apardığı qazıntıların, tunellərin və çuxurların artıq son dərəcə təhlükəli ölçülərə çatdığını vurğulayıb.

Google+ WhatsApp ok.ru