Vaşinqtonda ` Peyğəmbərə (s.ə.s.) sevgi ` adlı sərgi təşkil olunub

Məhəmməd Peyğəmbərin (s.ə.s.) doğulmasının 1443-cü il dönümü ilə əlaqədar Vaşinqtonda islam xəttatlığı sərgisi təşkil olunub.

Maide.az-ın məlumatına görə, sərgini Türkiyənin ABŞ-daki səfirliyi təşkil edib. 
 
Səfir Sərdar Kılıç bildirib ki, "Bu sərginin təşkili çox əhəmiyyətli hadisədir. Onun məqsədi, Peyğəmbərimizin (s) əməlləri və Quran ayələri ilə İslamın gözəlliyini nümayiş etdirməkdir. İslam dəyərlərinin dünyada düzgün anlaşılmadığı dövrdə, bu sərginin məqsədi çox aktual mövzudur. "
 
" Peyğəmbərə (s.ə.s.) sevgi " adlı sərgidə məşhur xəttatların bir neçə əsərləri, həmçin, Quran ayələri,Peyğmbərin (s) əməlləri və onun təsfir edən rəsmlər nümayiş olunub.  //

 

Google+ WhatsApp ok.ru