Məscidi Əqsaya dəstək üçün Qəzzada iki böyük nümayiş keçirilib

İşğalçı sionistin Məscidi Əqsanı hədəf alan tətbiqlərinə və Qüdsdəki yəhudiləşdirmə fəaliyyətlərinə qarşı Qüds və Məscidi Əqsaya dəstək üçün iki böyük nümayiş və yürüş keçirilib. Nümayişə qatılanlar eyni zamanda Məscidi Əqsaya qarşı provokativ addımları təşkil edən radikal sionist xaxam Yahuda Glickə qarşı reallaşdırılan hərəkəti də bayram kimi qeyd ediblər.
 
Maide.az xəbər verir ki, ilk aksiya Cibaliya mühacir düşərgəsində Raşid Xəlifələr məscidinin qarşısından başlayıb. Həmasın çağırışı və təşkilatçılığı ilə təşkil edilən və Cibaliya mühacir düşərgəsinin bütün prospektlərinin iştirakçılarla dolduğu bu nümayişə Həmasın siyasi liderlərindən və millət vəkillərindən də bir çox şəxs qatılıb. Aksiya iştirakçıları işğalçının Məscidi Əqsaya toxunmasının bütün bölgədə böyük etiraza səbəb olacağına diqqət çəkiblər.
 
İkinci böyük nümayiş və yürüş isə İslami Cihad Hərəkatının təşkilatçılığı və çağırışı ilə Qəzza şəhərində keçirilib. Bu nümayiş də Qəzza şəhərinin mərkəzindən başlayaraq Ömər Muxtar prospektinə doğru davam edib.

Google+ WhatsApp ok.ru