Həsən Ruhani: “Neftin ucuzlaşması siyasi sövdələşmədir”

İran prezidenti Həsən Ruhani neftin qiymətinin kəskin ucuzlaşmasını siyasi sövdələşmə adlandırıb.
 
Maide.az xəbər verir ki, İran prezidenti neft bazarında baş verənlər Yaxın Şərq və bütövlükdə bütün İslam dünyasının əleyhinə yönəldiyini vurğulayıb.
 
Bu gün yayılan məlumata görə, neftin qiyməti İranın hasilatı artırmaq niyyəti barədə xəbərlər əsasında azalmaqdadır.
 
Hərraclarda Brent neftinin qiyməti 66,01 dollar, WTI markalı neftin qiyməti isə 63,01 dollara təkil edib.
 
Dünən bəlli olub ki, nüvə proqramına görə iqtisadi sanksiyalardan zərər çəkmiş İran hasilatı gündə 4,8 milyon barelədək artırmaq niyyətindədir.
 
Xatırladaq ki, OPEK üzvlərinin noyabrın 27-də hasilatı azaltmamaq barədə qərar qəbul etməsindən sonra neftin qiymətləri kəskin ucuzlaşıb.

Google+ WhatsApp ok.ru