Səudiyyə Ərəbistanında uşaq qətlinə görə xarici qadını edam etdilər

Dekabrın 9-u Səudiyyə Ərəbistanında Efiopiyalı qadın edam edilib. Maide.az xəbər verir ki, o, azyaşlı ərəb qızını vəhşicəsinə öldürməkdə təqsirləndirilirdi.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Xədicə binti Məhəmməd 3 yaşlı Əlcazi binti Məhəmməd bin Fəhd əl-Hərbiyə 30 bıçaq vuraraq qətlə yetirib. Hadisə zamanı 3 yaşlı qız valideynlərinin otağında yatıbmış.

​Cinayətkar qadın hadisə yerindən qaçsa da, tez zamanda həbs olunub və edam edilib. "The Daily Mail"in məlumatına görə, o, əl-Hərbi ailəsində xadiməçi işləyirmiş.

​​2014-cü ildə Səudiyyə Ərəbistanında 78 xarici və yerli ​vətəndaş müxtəlif səbəblərdən edam edilib. Dekabrın 9-da efiopiyalı qatildən əlavə, səudiyyəli narkodiller də edam olunub.//

Google+ WhatsApp ok.ru