Həccə gedən zəvvarların sayı açıqlandı

Həcc ziyarəti üçün müqəddəs torpaqlara gedən zəvvarların sayı 1 milyonu keçib.
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pasport İdarəsindən verilən məlumata görə, bu il Həcc ziyarətinə 1 milyon 377 mindən çox zəvvar gedib.
Bildirilib ki, Məkkəyə 1 milyon 327 min 751 zəvvar təyyarə ilə, 36 981 nəfər avtomobillə, 12 923 nəfər isə gəmi ilə gəlib.
Statistikaya görə, bu rəqəm ötən ilin Həcc ziyarəti dövrünə nisbətən 11 722 nəfər azdır.
Xatırladaq ki, 11 sentyabrda Məkkədə kranın zəvvarların üstünə aşması nəticəsində 107 nəfər ölmüş, 238 nəfər isə yaralanmışdı./

Google+ WhatsApp ok.ru