Həmas Həşləmun üçün intiqam istədi

Qəzzadakı Həmas İsrail rejimi əsgərlərinin açdığı atəş nəticəsində həyatını itirən fələstinli gənc qız Hədil əl-Həşləmunun intiqamının alınmasını istədi.
 
Maide.az-ın məlumatına görə, Həmasdan verilən yazılı açıqlamada, "Həşləmunun qanı boşa getməyəcək. Fələstinliləri olduqları hər yerdə hədəfə alan oğru və işğalçı İsraildən intiqam alınmasının zəruri olduğunu vurğulayırıq", - deyə bildirilir.
 
Açıqlamada, "İşğalçının cinayətlərini dayandıracaq və işğalçılıqdan daşındıracaq yeganə şey müqavimət silahıdır. Fələstində fələstinlilərə qarşı yönəldilən heç bir silah, nə xalqı, nə onun prinsiplərini və nə də milli sabitliyi təmsil etmir. O silahlar işğalçıların xalqımıza qarşı təcavüzünə birbaşa xidmət edir", - deyə vurğulanır.

Google+ WhatsApp ok.ru