Mahmud Abbasdan intifada xəbərdarlığı

Fələstin dövlət başçısı Mahmud Abbas yəhudilərin dini yeni il kimi bayram etdiyi "Roş Haşanah" bayramını bəhanə edərək Məscidi Əqsaya qarşı təxribatlar törədən İsrail rejiminə xəbərdarlıq edib.
 
Maide.az xəbər verir ki, Abbas rejim əsgərlərinin müsəlmanların ilk qibləsi olan Məscidi Əqsaya ardıcıl hücum etməsilə Qüdsdə son 10 gündür artan təzyiqin yeni bir intifada (üsyan) ilə nəticələnəcəyi xəbərdarlığını etdi. Abbas Parisdə Fransa prezidenti Fransua Ollandla keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında "Olanlar çox təhlükəlidir. Bunun davam etməsini istəmirik. Ancaq belə getsə, bunun alternativi də xaos və intifada olar ki, bunu istəmirik", - deyə danışıb.
 
Xatırladaq ki, fələstinlilər İsrail rejiminin işğalına qarşı 1987-1993 və 2005-ci illərdə iki dəfə ayağa qalxıb. İkinci intifadaya 2000-ci ildə dövrün sionist baş naziri Ariel Şaronun provokativ Məscidi Əqsa səfəri təkan vermişdi.

Google+ WhatsApp ok.ru