Suriya toplantısına Rusiya və İran dəvət edilmədi

Bu gün Fransanın paytaxtı Parisdə Suriya probleminin həllinə həsr olunmuş toplantı keçirilir. Xarici işlər nazirləri səviyyəsində reallaşacaq toplantıya, Rusiya dəvət edilməyib. Toplantıda ABŞ-ı Con Kerrinin müavini Antony Blinken təmsil edəcək. Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu, bunu oktyabrın 23-də Vyanada keçirilən toplantının davamı kimi dəyərləndirib.
 
Tolantıda İran və Rusiyanın iştirak etməməsinə gəlincə, Fransa Xarici İşlər Nazirliyi bunu, Parisin müzakirələrə yalnız Qərb və ərəb partnyorlarını dəvət etməsi ilə əlaqələndirib.

Google+ WhatsApp ok.ru