Həmas hərəkatı Qüdsün intifadasının davam etdiriləcəyini vurğulayır

Maide.az xəbər verir ki, “Həmas” İslam Müqavimət Hərəkatının açıqlamasına görə,  Hərəkatın rəhbərlərinin, üzvlərinin, fəallarının və tərəfdarlarının, eləcə də Fələstin xalqının övladlarının kütləvi həbsi Qüdsün intifadasını əsla boğa bilməz.
Sionist rejiminin hərbçiləri çərşənbə günü səhər Qelqeliyyə şəhərində Həmasın 25 üzvünu və fəallarını saxlayıb.
İsrailin “10” telekanalı xəbər verib ki, Şəfat şəhərindən olan iki fələstinli uşaq şəhərdaxili qatarda bıçaqla İsrail təhlükəsizlik qüvvələrinin əməkdaşına hücum ediblər. İnsident nəticəsində, sionist hərbçi ağır yaralanıb.
Məlumata görə, həmin iki fələstinli uşaqdan biri İsrail hərbçisinin açdığı atəşlə yaralanıb və digəri saxlanılıb./

Google+ WhatsApp ok.ru