Livan XİN rəhbəri Məscid əl-Əqsada İsrail bayrağını asmağın qarşısının alınmasına çağırıb

Cübran Basil Ərəb Liqası XİN rəhbərlərinin Fələstinlə bağlı fövqəladə toplantısında Məscid əl-Əqsada İsrail bayrağını asmağın qarşısının alınmasının vacibliyini qeyd edib.
Maide.az xəbər verir ki, Ərəb Liqasına üzv ölkələrin XİN rəhbərləri işğal olunmuş Fələstin torpaqlarında Sionist rejimin törətdiyi cinayətləri qətiyyətlə pisləmək məqsədilə Ərəbistanın paytaxtı Riyazda BƏƏ-nin Xarici ilər naziri şeyx Abdullah Bin Zayed əl- Nəhyanın sədrliyi ilə fövqəladə toplantı keçiriblər.
Dünən, 9 noyabrda keçirilən bu iclasda Livan XİN rəhbəri Cübran Basil Fələstin dövlətinin reallaşmasını, bütün fələstinli qaçqınların və köçkünlərin öz ana torpaqlarına qayıtması məsələsinin yekun həlli və müvəqqəti sığınacaq tapdıqları ölkələrdə onlar üçün alternativ vətənin yaradılması təxribatına son verilməsini vurğulayıb.
Basil, çıxışının davamında Nyu-Yorkda Fələstin bayrağının dalğalandırılması üçün öləkələrin müqavimət göstərməsini birliyin uğurlu bir nümunəsi adlandıraraq, bildirib: Bugün də öz birliyimizlə Məscid əl-Əqsada İsrail bayrağının asılmasının qarşısını alaq və ərəb ölkələrində terrorizm zəhərinin yayılmasına mane olaq.
Livan XİN rəhbəri əlavə edib: Biz Fələstinliləri müdafiə etməli və Fələstin dövlətinin yaradılması üçün onları ümidləndirməliyik və onları qaranlıq, ümidsizlik və zorakılıqla dolu bir siyasi üfüq qarşısında tək qoymamalıyıq. /
 
 

Google+ WhatsApp ok.ru