Oman stadionunda iordaniyalı tamaşaçılar Fələstinədəstək intifadası keçirib

İordaniyanın paytaxtı Əman şəhər stadionu Fələstin və Ərəbistan milli futbol komandalarının oyunu zamanı Fələstin xalqına və Qüdsün intifadasına kütləvi və əzəmətli intifadaya səhnə olub.
 
Maide.az xəbər verir ki, tamaşaçılar arasında Fələstin məsələsinə dəstək verən siyasi xadimlər və fəallar da yer almışdılar.
 
Onlar Fələstin bayrağını əllərində tutaraq oyun boyu şüarlar səsləndirərək Fələstin xalqı ilə həmrəylik nümayiş etdiriblər. Görüş yekunda heç-heçə başa çatıb.
 
Tamaşaçılar arasında yer alan Tələbə Hüquqlarının Milli Müdafiə Kampaniyasının sədri oyundan sonra facebook-dakı şəxsi səhifəsində yazıb ki, tamaşaçıların köynəklərinin üzərində Fələstin adını görmək insanlara xüsusi bir əhval-ruhiyyə bəxş etmişdi və hamını özünə cəlb edirdi.
 
Faxer Dəas bildirib: Tamaşaçıların şüarları kiçik bir intifada idi. Tamaşaçılar “Canı könüldən Fələstinə qurban olaq”, “Milyonlarla şəhid Qüdsə yollanacaq” və s. kimi şüarlar səsləndirirdilər.
 
Həmasın siyasi bürosunun sədr müavini İsmayıl Həniye bu oyunu yaxşı tyəşkil etdiyi üçün İordaniya Futbol Federasiyasına öz təşəkkürünü bildirib.
 
Qeyd edək ki, Fələstinin futbol üzrə yığma komandası gələn həftə Əman stadionunda Malaziya millisi ilə üzləşəcək./

Google+ WhatsApp ok.ru