Həzrət Fatimeyi-Zəhranın (s.ə) matəm bayrağı İmam Əlinin (ə) hərəminin günbəzində ucaldılıb

Fatimiyyə günləri və Peyğəmbərin (s) qızı və imam Əlinin (ə) həyat yoldaşı xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadət günü münasibəti ilə İmam Əlinin (ə) Müqəddəs Nəcəf şəhərindəki hərəminin  bayrağı dəyişidirilərək, onun yerində günbəzdə qara bayraq dalğalanıb. 
 
Maide.az xəbər verir ki, hər il olduğu kimi  İraqın müxtəlif bölgələrində və digər ölkələrdən xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə əzadarlıq heyətləri İmam Əlinin (ə) hərəminə gəlir və əzadarlıq edirlər. 
 
Əzadarlıq heyətlərinin gəlişinin başlanması ilə eyni vaxtda bu gün İmam Əlinin (ə) hərəminin bayrağı, üzərində xanım Fatimə (s.ə) adı yazılmış qara bayraqla dəyişdirilib. 
 
Xanım Fatimənin (s.ə) şəhadəti münasibəti ilə İmam Əli (ə) hərəminin divarları və eyvanlarına da qara parçalar vurulub./
 
 
 

Google+ WhatsApp ok.ru