Həmas Qahirə danışıqlarından məmnundur

Həmas Misirdə olan nümayəndə heyətinin iki tərəfi maraqlandıran məsələləri müzakirə etməyə və danışıqlar aparmağa davam etdiyini bildirib. Görüşlərdə birgə məsələlərin müzakirə olunduğunu bildirən Həmas liderlərindən Ziyad Əz-Zaza, bu danışıqların Fələstin xalqı üçün müsbət nəticələr verməsin' ümid etdiklərini deyib.
 
Maide.az-ın məlumatına görə, Əz-Zaza həmçinin Həmas Hərəkatının Misirin milli təhlükəsizliyinə də Fələstinin milli təhlükəsizliyinə verdiyi kimi əhəmiyyət verdiyini söyləyib.
 
Qeyd edək ki, Həmas Hərəkatından olan heyət iki həftə əvvəl Qahirədə danışıqlar apardıqdan sonra Dohaya getmişdi. Heyət danışıqların ikinci turu üçün dünən Qahirədən geri dönüb.

Google+ WhatsApp ok.ru