Hərbçimizin meyiti tapıldı - RƏSMİ

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, erməni tərəfinin hərbi qulluqçumuzun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb:  
 
"Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır".
 
Qeyd edək ki, erməni mətbuatının yazdığına görə, ötən gecə təmas xəttində Azərbaycan hərbçisinin meyiti aşkarlanıb.
 
Xatırladaq ki, döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman bir hərbi qulluqçumuz - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.
 

Google+ WhatsApp ok.ru