Həzrət Əbəlfəzl Abbas (ə) Ağanın ziyarətgahı zəvvarların üzünə açıldı - FOTO

Ötən gündən həzrət Əbəlfəzl Abbas (ə) Ağanın qəbrinin yeni hazılranmış zərihi məhdud şəkildə  zəvvarların üzünə açılıb.
Maide.az xəbər verir ki, mütəhhər hərəmə ilk  girən zəvvarlar göz yaşlarını saxlaya bilməyiblər və yeni zərihi hazırlayan və  quraşdıran şəxslərə öz minnətdarlıqlarını bildiriblər.
 
Yeni zərihin Rəcəb ayının 13-də Həzrət Əlinin (ə) mübarək mövlud günündə rəsmi şəkildə ziyarətə açılacağı açıqlanıb. Bununla da bu mərasimin Əmirəlmönin Əliyə (ə) hədiyyə edildiyi ifadə edilib. Həmçinin rəcəb ayının 12-ə şam namazından sonra Həzrət Abbas (ə) hərəmində  daxili və xarici qonaqların  iştirakı ilə mərasim keçiriləcək.
Qeyd edək ki, həzrət Abbas (ə) qəbrinin zərihi beş il müddətinə  hazırlanıb. Zərihin hazırlanmasında  411 kq qızıl və 2750 kq gümüş istifadə olunub. 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru