`Həzrət Muhəmmədin (s)` həyatı ilə bağlı 3D formatında  çoxseriyalı cizgi filmi hazırlanacaq

`Həzrət Muhəmmədin (s)` həyatı ilə bağlı 3D formatında çoxseriyalı cizgi filmi hazırlanacaq

İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) həyatı ilə bağlı 3D formatında çoxseriyalı cizgi filmi ekranlaşdırılacaq. 
 
Maide.Az xəbər verir ki, bunu ranlı rejissor və Həzrət Muhəmməd (s) həyatı ilə bağlı 3D animasiya serialının ssenari müəllifi Əmirməsud Ələmdari deyib. 
O deyib ki, hazırda bu animasiya filminin hazırlıq işləri görülür. “Film, 104 seriya və hər bir seriya 22 dəqiqə olmaqla 4 fəsildə yayımlanılması nəzərdə tutulub”.
 
Ssenari müəllifinin bildirdiyinə görə, serial həzrət Muhəmməd (s) peyğəmbərin dünyaya gəlişindən 60 il öncə baş verən hadisələrdən başlayır və İmam Əlinin (ə) xilafətinin sonuna kimi davam edir. “Serialda həmin tarixi dövrdə həzrət Muhəmmədin (s) peyğəmbərliyə çatmasının  önəmliliyi, Peyğəmbərdən öncəki dövrdə yaşayan müxtəlif millətlər və cəmiyyətlərdəki cəhalət və onların islah olunmasının zəruriliyi, İslam dinin digər dinlərə yol göstərməsi kimi məsələlər açıqlanır”.
 
Ə.Ələmdari deyib ki, Qərb mediası islamofobiya ilə İslam dinini zorakılığa meylli bir din kimi təqdim edir, lakin biz dünyaya həqiqi İslamı göstərməliyik. 
 
İranlı ssenarist bu çoxseriyalı cizgi filminin həm yerli və həm də xarici televiziya kanallarında yayımlanmasının nəzərdə tutulduğunu deyib. 
 
Verilən məlumatlara əsasən, animasiya 267 milyon dollarlıq büdcəylə hazırlanacaq. Həmçinin, filmin bəzi hissələri isə Birləşmiş Ərəb Əmirliklərində istehsal olunacaq. (mehrnews) /
 

Google+ WhatsApp ok.ru