Həsən Ruhani Ayətullah Sistani ilə görüşdü -FOTO

Həsən Ruhani Ayətullah Sistani ilə görüşdü -FOTO

İran Prezidenti Həsən Ruhani İraqa rəsmi səfəri zamanı Nəcəf şəhərində tanınmış müctəhid  Ayətullah Seyid Əli Sistani ilə görüşüb.   

Görüş Ayətullah Sistaninin ofisində baş tutub.   Bildirilir ki, bölgədə təhlükəsizlik tədbirləri artırılıb və ola biləcək təxribatların qarşısı alınıb.   

Rəsmi mənbələr görüşün təfərrüatını, hələ ki, açıqlamayıblar. 

Görüşdən sonra Ruhani Kərbəla şəhərinə səfər edib və burada İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) müqəddəs ziyarətgahlarında da olub.
 
Ruhani martın 11-i üç günlük rəsmi səfər çərçivəsində Bağdada gəlmişdi. Ruhani Bağdadda qaldığı iki gün ərzində bir sıra siyasi və dini şəxsiyyətlərlə görüşüb.

Google+ WhatsApp ok.ru