Haiti xalqı Putinə müraciət edib: bizi amerikayönlü prezidentdən xilas edin - FOTO

Uzaq Haitidə hökumət əleyhinə küçələrə çıxan nümayişçilər Rusiya prezidenti Vladimir Putindən kömək istəyiblər.
 
Maide.az xəbər verir ki, paytaxt Port-o-Prensdə keçirilən nümayişdə prezident Mişel Martellinin və baş nazir Loran Lamotanın istefası tələb olunur. Haiti müxalifəti əmindir ki, onlar ABŞ-ın sayəsində hakimiyyətdə qalırlar və bu səbəbdən Rusiya prezidenti Vladimir Putini köməyə çağırmaq ən düzgün variantdır.
 
Haitililər Putini ABŞ-ın təsirinə qarşı çıxa biləcək yeganə siyasətçi hesab edirlər. Nümayişçilər əllərində Putinin portretlərini tutublar və küçələrdə təkərlərə od vurur, polisi daşa basırlar. Polis isə nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edir. Yüzlərlə nümayişçi polis kardonunu keçərək prezident sarayına yaxınlaşa bilib, ancaq onların qarşısı kəsilib və toqquşma heç-heçə qurtarıb.
 
 
 
 
 
 
Əhalisinin 90 faizi yoxsulluq içində yaşayan Haitidə prezident Mişel Martelli 2011-ci ildə seçilib. Gələn il növbəti seçkilər olmalıdır. Lakin müxalifətlə hakimiyyət seçki kodeksində razılığa gələ bilmirlər və müxalifət hesab edir ki, prezident seçkilər yoluyla deyil, fərmanlar verməklə hakimiyyəti əlində saxlamağa çalışır.
 
Haiti diktatorları bir qayda olaraq ABŞ-ın himayəsində olurlar. Bu ilin oktyabrında ölən, “Beybi Dok” ləqəbli keçmiş diktator Jan-Klod Duvalye də devrilənə qədər ABŞ-ın dəstəyi sayəsində hakimiyyətdə qalmışdı və devriləndən sonra Birləşmiş Ştatların təyyarəsində Vaşinqtona qaçmışdı.

Google+ WhatsApp ok.ru