Hakimiyyət dərsliklər vasitəsilə Qərblə “müharibəyə” başlayır

Yaqub Mahmudov: «Biz Rusiyanın, ABŞ-ın, Fransanın siyasəti ilə bağlı məsələlərə yenidən baxmalıyıq»
 
Nabatəli Qulamoğlu: «Bu məsələnin indiki məqamda gündəmə gəlməsi təsadüf deyil, hakimiyyət Qərbə mesaj verir ki...»
 
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Institutu orta məktəblərin tarix dərsliklərində təqdim olunan bəzi mövzuların yenidən işlənməsi üçün tədqiqatlara başlayıb. Bunu “Trend”ə institutun direktoru Yaqub Mahmudov deyib.
Dərsliklərdəki bəzi mövzuların yenidən işlənməsini zəruri sayan Yaqub Mahmudov bildirib ki,ÿtarix dərsliklərində Azərbaycan tarixi iləÿbağlı məlumatlar lazımınca işıqlandırılıb. Həmçinin başqa ölkələrin tarixi olduğu kimi təqdim edilməyib: “Biz Çar Rusiyasının, ABŞ-ın, Fransanın siyasəti iləÿbağlı məsələlərəÿyenidən baxmalıyıq. Yəni Azərbaycana basqı mövqeyindən yazılmış materialları yenidən işləyərək dərsliklərdəki paraqrafları, fəsilləri dəyişib yeni şəkildəÿtəqdim etməliyik. Çünki o ölkələrinÿəksəriyyəti Azərbaycana sərvət dalınca, buraya möhkəmlənməyə, işğal etməyəÿgəlib. Ölkələrinÿbu siyasətləri isə dərsliklərdə düzgün verilməyib”.
Rusların və bir sıra Avropa dövlətlərinin Azərbaycanla bağlı tarixi maraqlarının mövcudluğu faktdır. Maraqlıdır, bu məqamları nəzərə alaraq, tarix dərsliklərinə dəyişiklik etmək iyirmi ildən çoxdur Azərbaycana rəhbərlik edənlərin yadına indi niyə düşdü?
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu bu məsələni “Azadlıq”a şərh edərkən bildirib ki, Yaqub Mahmudovun sözügedən fikirləri bəyanat xarakterli olmaqla, hökumətin hazırda yürütdüyü anti-Qərb siyasətinin tərkib hissəsidir: “Azərbaycan hakimiyyəti hazırda ona tənqidi münasibət bəsləyən ölkələrə qarşı aqressiv siyasət sərgiləyir. Bu gün Azərbaycan hakimiyyəti ölkədə Qərblə bağlı mənfi fikir formalaşdırmağa çalışır. Hesab edirəm ki, Yaqub Mahmudovun da məhz indiki dövrdə bu məsələni gündəmə gətirməsi hökumətin anti-Qərb kampaniyasının tərkib hissəsidir. Yəni, Yaqub Mahmudov ÿsiyasi hakimiyyətin mövqeyini ifadə edir və bu çıxış güman ki, diplomatik məqsəd daşıyır. Hakimiyyət bu addımla Qərb ölkələrinə mesaj verməyə çalışır ki, biz sizi Azərbaycan cəmiyyətinə ”işğalçı dövlətlər" kimi tanıdacağıq".
Ekspertin sözlərinə görə, hər bir dövlətin müəyyən maraqları olub və bu gün də var. Amma Yaqub Mahmudovun tarix dərsliklərinə dəyişiklik məsələsini məhz indi dilə gətirməsi təsadüf deyil: “Hesab edirəm ki, bu məsələnin indi gündəmə gəlməsi Qərb dünyasının Azərbaycan hakimiyyətindən demokratiya tələblərinin artması ilə bağlıdır. Açığı, orta məktəb tarix dərsliklərində hər hansı dəyişikliyin şahidi olacağımızı düşünmürəm”.

Google+ WhatsApp ok.ru