Halalı haramdan ayıran cihaz kəşf edildi (Foto)

Fransa şirkəti ərzaqda donuz ətini müəyyən edən HalalTest cihazı düzəldib

Fransa şirkəti ərzaqda donuz ətinin omasını müəyyən edən əl cihazı düzəldib. Bu cihaz müsəlmanlar üçün nəzərdə tutulub və Capital Biotech şirkəti bildirir ki, oktyabrın 22-də HalalTest adlı cihazı təqdim edəndən keçən 24 saatda 10 min sifariş alıb.

Cihazın ixtiraçılarının dediyinə görə, o, təkcə ərzaqda yox, həm də kosmetikada və ya dərmanda donuz məhsulunun izlərini müəyyən edə bilir.

Capital Biotech bildirir ki, test nəticəni  99 faiz dəqiqliklə göstərir.  

HalalTest yaxın vaxtlarda internetlə satışda olacaq. Onun qiyməti təxminən 7 avrodur. islamazeri /

Google+ WhatsApp ok.ru