Pakistanda şiələrə hücum edildi

Pakistan Bəlucistan əyalətinin mərkəz şəhəri Küveytədə bu gün səhər saatlarında reallaşan silahlı hücumda 9 şiə dünyasını dəyişib, bir neçə nəfər də yaralanıb.
 
Maide.az-ın məlumatına görə, avtomobil gülləbaran edilib.
 
İndiyə qədər hər hansı bir qrup bu hücumu boynuna götürməyib, ancaq ümumiyyətlə Taliban və Azad Bəluç Ordusu üsyançıları bu cür hücumların məsuliyyətini boynuna götürür.
 
Küveytədə şiələrə qarşı edilən bu hücumdan sonra hücumu qınayan pakistanlı şiə qrup və partiyalar, Küveytədə ümumi yas elan edib.

Google+ WhatsApp ok.ru