Halal turizm getdikcə inkişaf edir

Halal turizm getdikcə inkişaf edir

 
Proqnozlara görə, 2020-ci ildə müsəlman turistlərin sayı 158 milyon nəfərə, halal turizm bazarı 2024-cü ilə qədər 274 milyard dollara çatacaq.
 
Maide.Az "islam-today"a istinadla xəbər verir ki, Cakartada İndoneziyanın Halal Turizm Konfransının açılışındakı nitqində Mərkəzi Bankın vitse-prezidenti Dodi Budi Valuyo, ən böyük müsəlman ölkəsi olan İndoneziyanın böyüməkdə olan İslam turizm bazarında halal sənayesinin inkişafı üçün daha çox çalışmalı olduğunu söyləyib.
 
Son illərdə halal sənayesinin sürətlə inkişaf etdiyini bildirən Valuyo, bu inkişaf sayəsində İndoneziyanın İslam turizmi üçün əlverişli şərtlər verən ölkələr sıralamasında ilk sırada olduğunu xatırlatdıb.
 
Halal mal və xidmətlərin yalnız İslam dünyası ilə məhdudlaşmadığını söyləyən Valuyo, Halal markasının həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar üçün keyfiyyət göstəricisi olduğunu vurğulayıb.

Google+ WhatsApp ok.ru