Hamaçek: `Çexiya Qarabağ nizamlanmasında rol oynamağa hazırdır`

"Çexiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir". APA-nın məlumatına görə, bunu Çexiya parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek deyib. "Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, habelə digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrə hörmət edirik. Xahiş olunacağı təqdirdə, Çexiya Qarabağ münaqişəsinin nizamlanmasında rol oynamağa hazırdır", - deyə o vurğulayıb.

Google+ WhatsApp ok.ru