Harvard Universitetinə qəbul olan fəslətinli gənc ABŞ-a buraxılmadı - Qəribə SƏBƏB

Harvard Universitetinə qəbul olan fəslətinli gənc ABŞ-a buraxılmadı - Qəribə SƏBƏB

 
Livanda yaşayan fələstinli 17 yaşlı İsmail Accavi adlı gənc Harvard Universitetinə qəbul olub.
 
Maide.az BBC-yə istinadən xəbər verir ki, o, Bostona gedərkən hava limanında milliyətinə görə saatlarla sorğu edilib.
 
Accavinin şəxsi əşyaları, mobil telefonu və kompüteri yoxlanılıb. Onunsosial mediadakı hesabı incələnərkən dostlarının ABŞ əleyhinə statusları görülüb. Gömrük işçiləri onu dostlarının paylaşımlarına görə ölkəyə buraxa bilməyəcəklərini söyləyiblər və ölkədən deportasiya ediblər. O paylaşımların özü ilə bağlı olmadığını söyləsə də, bu, heç nəyi dəyişməyib.
 
“The Harvard Crimson” açıqlama verən Accavi hava limanında onun bir otağa aparıldığını və bir rəsmi şəxsin ona qışqırdığını söyləyib.
 
Məsələ ilə əlaqədar Harvard Universiteti məlumatlandırılıb. Universitet rəhbərliyi dərslərin başlayacağı 3 sentyabr tarixinə qədər problemi həll etməyə çalışacağını açıqlayıb.

Google+ WhatsApp ok.ru