Havay ştatı Xocalı qətliamını tanıyıb - FOTO 15 Fevral 2016 02:00 Qarabağ xəbərləri ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe (David Ige)Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Baş Konsulluğa daxil olmuş bəyannamədə, qubernator Havay ştatının sakinləri adından Xocalı faciəsi ilə bağlı dərin kədərini ifadə edərək, amansız qəddarlığa məruz qalmış günahsız qətliam qurbanlarının anılmasının önəmini vurğulayır. Sənəddə qeyd olunur ki, 1992-ci ilin 25-26 fevral tarixində baş vermişXocalı qətliamı zamanı 600 nəfərdən çox mülki insan qətlə yetirilib. Qubernator bildirir ki, oxşar qəddarlıqların yenidən baş verməməsi üçünXocalı qurbanlarını hörmətlə yad etmək vacibdir. Bəyannamənin sonunda qubernator D.İqe arzu edir ki, tarix bir daha belə bir faciənin şahidi olmasın. Qeyd edək ki, bu bəyannamə ilə ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 19-a çatıb. Teqlər : #Havay ştatı Xocalı qətliamını tanıyıb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini 128 dəfə atəşə tutub Təmas xəttində vəziyyət gərgindir, atəşkəs 127 dəfə pozulub
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni