Pakistanda iki avtobusun toqquşması nəticəsində 26 nəfər ölüb, 66 nəfər xəsarət alıb

Pakistanda iki avtobusun toqquşması nəticəsində 26 nəfər ölüb, 66 nəfər xəsarət alıb

 
Pakistanda ağır yol qəzası baş verib.
 
RİA "Novosti” agentliyinə istinadən verilən məlumata görə, iki avtobusun toqquşması nəticəsində 26 nəfər ölüb, 66 nəfər xəsarət alıb.
 
Hadisə Pakistanın Pəncab əyalətində qeydə alınıb. Xəsarət alan sərnişinlər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
 
Pakistan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, ölkədə hər il 9 min yol qəzası baş verir ki, bunun nəticəsində də orta hesabla 5 minədək insan həyatını itirir. (apa) /

Google+ WhatsApp ok.ru