Pambığı yığıb qurtarmamış evlənmək qadağan edildi 12 Sentyabr 2015 01:00 Dünya Sentyabrda pambıq yığımı Özbəkistanın Səmərqənd əyalətində toy biznesi üçün əlverişli zaman sayılmır. Yerli hakimiyyət restoranlara və toyxanalara tapşırıb ki, pambıq yığımı qurtarmayanadək toy, şənlik keçirmək olmaz, bununla bağlı hər hansı sifariş qəbul etməsinlər. Səmərqəndin yerli hökumətindən "Azadlıq" radiosunun özbək xidmətinə bildiriblər ki, bu məhdudiyyət pambıq yığımının sürətləndirilməsi üçündür: "Tezliklə onlar pambıq yığımını başa çatdıracaqlar, onda da havalar soyumamışdan toy edə biləcəklər. Burada heç bir səhv yoxdur" - deyə sosial məsələlər departamentinin rəsmisi bildirib. Toy planının dəyişməsi çoxlu narahatçılıq yaradıb. İştixon mahalının sakini deyir ki, bacısının toyu bir neçə ay əvvəldən sentyabrın 10-na planlaşdırılıb: "Qonaqlara dəvətnamələr göndərilib, hazırlıqlar görülüb. Amma toyxana rəhbərliyi məclisi təxirə saldı, mənə bildirdilər ki, göstəriş yuxarıdan gəlib. Restoran və toyxanalar artıq heç bir toy və ya banket sifarişi qəbul etmirlər". Gəlinin qardaşı adının çəkilməsini istəmir. O deyir ki, xarici mediaya müsahibə verən şəxslər hakimiyyət orqanları tərəfindən təzyiqə məruz qalır. Səmərqəndin başqa bir sakini də deyir ki, yerli hakimiyyət toy şənliklərinin adamları pambıq yığımından yayındırdığını güman edir: "Amma bu qadağa adamları toyunu etməyə, xüsusilə də gün əvvəldən təyin edilibsə, mane ola bilməyəcək. Ailələr istəyirlər ki, qış gəlməmiş toyu etsinlər. Əziyyət də olsa, toyu evlərində edirlər". Məhsul yığımı noyabrın ortalarınadək çəkəcək. Dünyada pambıq ixracatına görə ön yerlərdən birini tutan Özbəkistan tələbələri, həkimləri, işçiləri məhsul yığımına məcburi cəlb etməyə görə dəfələrlə sərt tənqid olunub. / Teqlər : #Pambığı yığıb qurtarmamış evlənmək qadağan edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə muzdlularının mövqeyi Yəməndə bombardman edildi Hindistanda partlayış nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO