Hizbullah Şeyx Əl-Nəmrin əleyhinə ədalətsiz qərarların çıxarlıması barədə xəbərdalıq edib

 
Livan Hizbullahı bəyanat yayıb və Səudiyyə Ərəbistanının məhkəmə aparatı tərəfindən Şeyx Nəmr Baqir Əl-Nəmr əleyhinə ədalətsiz  qərarların çıxarılması barədə xəbərdarlıq edib. 
Maide.az-ın məlumatına əsasə, bəyanatda bildirilib ki, bu hökmlərin verilməsi islami əlaqələrin zərərinədir və regionda vəziyyətin daha da gərginləşməsi ilə nəticələncək. 
 Hizbullahın bəyanatında Səudiyyə Ərəbistanı rəhbərliyindən istənilib  ki, ərəbistanlı ruhani- Şeyx Nəmr Baqir Əl-Nəmrin mühakiməsini dayandırsın.
Bəyanatda deyilir: Səudiyyə Ərəbistanı rəhbərliyi 2012-ci ildən həbsdə olan Şeyx Əl-Nəmrin mühakiməsində israrlarlı olmasının səbəbi, onun əleyhinə sərt hökmlərin çıxarılmasıdır.
Qeyd edək ki, Ayətullah Şeyx Nəmr Səudi Ərəbistan şiələrinin tanınmış alimlərindən biridir. O, 8 iyul 2012 tarixdə, yerli vaxtla 14:00 radələrində Səud rejimi tərəfindən həbs edilib.
Səudi Ərəbistan rejiminin Prokurorluğu tərəfindən Şeyx Nəmrə, “Allah ilə Müharibə edən şəxsin hökmü”nün tələb edib və onun haqqında edam qərarının verilməsini istəyib.
 Səudiyyə Ərəbistan rejiminin bu istəyi müxtəlif hüquq təşkilatları tərəfindən böyük etirazla qarşılanıb. Böyük müctəhidlər Səudiyyə Ərəbistanın bu istəyinə qarşı etiraz bəyanatları veriblər.
Səudiyyə Ərəbistan Riyad şəhər Cəza Məhkəməsi Ayətullah Nəmr haqqında qərarı avqustun 12-də verməli idi, lakin həmin gün məhkəmə keçirilmədi və məhkəmənin qərarının  avqust ayının sonunda açıqlanacağı bildirildi./

 

Google+ WhatsApp ok.ru