Hollandiya İkinci Avropa Oyunlarından imtina etdi 10 İyun 2015 01:00 Dünya Niderland 2019-cu ildə 2-ci Avropa Oyunlarına ev sahibliyi hüququndan imtina edib. Hollandiya hökuməti iyunun 10-da bildirib ki, bu oyunların təşkili üçün 57,5 milyon avroluq xərc yerli, əyalət və milli hakimiyyət orqanları üçün həddindən artıq çoxdur. Hökumət həmçinin 2019-cu ildə üzgüçülük və yüngül atletika üzrə Avropa çempionatını əsas gətirərək eyni vaxta düşən Avropa Oyunlarında aparıcı idmançıların lazımınca təmsil olunacaqlarını şübhə altında oqyur. Avropa Olimpiya Komitəsinin rəhbəri Patrick Hickey bu qərardan təəssüfləndiyini, amma yenə də oyunlara marağına görə Hollandiya hökumətinə təşəkkür etdiklərini bildirib. Komitə digər 5 potensial ev sahibi ilə danışıqlar aparılacağını bildirir. Amma həmin 5 namizəd ölkənin hansılar olduğu hələlik məlum deyil. Qeyd edək ki, bu, Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının açılışına 2 gün qalmış baş verib. İyunun 12-dən 28-dək Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək. azadliq.org / Teqlər : #Hollandiya İkinci Avropa Oyunlarından imtina etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistandan Arakan müsəlmanlarına 5 milyon dollarlıq yardım Sionist İsrail əsgərləri 10 fələstinlini həbs etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO