Həzrət Zəhranın (s) kəlamları yeni üslubda  “Hikmətnameye Fatimi” adlı kitabda

Həzrət Zəhranın (s) kəlamları yeni üslubda “Hikmətnameye Fatimi” adlı kitabda

“Darul-Hədis” elmi-mədəni müəssisənin dəstəyi ilə  “Hikmətnameye Fatimi” adlı kitab nəşr olunacaq. 
 
Maide.Az xəbər verir ki, bunu “Darul-Hədis” müəssisəsinin  rəhbəri Ayətullah Məhəmmədi Reyşəhri deyib. 
 
O deyib ki, bu kitabda  ilk dəfə olaraq həzrət Zərhanın (s) hikmətli kəlamları  yeni üslubda və daha anlaşılan fomada oxuculara təqdim olunur. 
 
M.Reyşəhri deyib ki, kitabda həmçinin  həzrət Zəhranın (s) həyatının müxtəlif sahələri təhlil olunub. “Kitabın əvvəlində  həzrət Zəhranın  (s) həyatı qısa formada təqdim olunub.  Kitab 800 səhifədir. Kitabda  Həzrət Zəhra (s) xütbələri və kəlamları  toplanıb”. 
 
Qeyd edək ki, kitab yaxın günlərdə çapdan çıxacaq və tədqiqatçıların ixitayrına veriləcək. 
 

Google+ WhatsApp ok.ru