Şimali Koreya bu dəfə vuracaq

Dünya  Son günlər Şimali Koreya raket sınaqları ilə gündəmdədir. ANS-in məlumatına görə, iyul ayının 26-dan etibarən Koreya Yapon dənizinə ardıcıl 5 raket atıb. Əyər ilk sınaqlarda “Skad” tipli raketlər ekspertləri elə də təəccübləndirməsə də, daha sonrakı raket sınaqları Seulu təşvişə salıb. Cənubi Koreya araşdırmalar apararaq qərara alıb ki, Pxenyan ya 300 mm-lik reaktiv qəlpə daşıyan ya da daha yeni tip modifikasiyalı raketləri sınaqdan keçirib. Amma fakt odur ki, bu sistemlər gözlənilən 190 km məsafədən daha artıq üça bilib. Cənubun təşvişi doğru çıxarsa bu o deməkdir ki, Pxenyan yarımadada güc balansını dəyişə və münaqişə baş verdiyi halda Cənuba böyük həcmli zərbələr endirə bilər. Cənubi Koreyanın daxilində olan strateji əhəmiyyətli bölgələr Pxenyanın hədəfində ola bilər.

Google+ WhatsApp ok.ru