Prezident: «Siz belə yaltaqlanmağı harada öyrənibsiz?» (VİDEO)

Maide.az-ın verdiyi məlumata görə, Qazaxıstanın paytaxtı Astanada «EXPO-2017» üçün tikilməkdə olan  meqa ticarət mərkəzi yəqin bundan sonra müəssisəyə ad seçilərkən yaşanan maraqlı olayla xatırlanacaq.
 
Astana Group-un rəhbəri, biznesmen  Nurlan  Smaqulov dövlət başçısına kompleks ərazisində olacaq  ticarət mərkəzi barədə məruzə edərkən, adının (prezidentə hörmət olaraq) «Nur Plaza» qoyulmasını təklif edib: «Bizdə adlandırmaq üçün «Nur Plaza» variantı var. Əgər izn versəniz,  xeyir duanızla biz onu belə adlandırmaq istərdik».
 
Ölkə başçısı Nursultan Nazarbayev isə ironik gülüşlə ondan - «Belə yaltaqlanmağı harada öyrənmisiz?», - deyə soruşur.
 
Biznesmenin hazırcavablığı isə daha maraqla qarşılanır: «Həyat öyrədib».  Sonra isə  «Bu, yaxşı addı. Burada Nurlanlar çoxdur», - deyə əlavə edib.
 
Prezident ə ticarət mərkəzinin adının «Nurlan Plaza» olmasını təklif edib.
 
Maide.az olaraq bu maraqlı müzakirəni sizlərə təqdim edirik.
 

Google+ WhatsApp ok.ru