Kuba ABŞ-a səfir göndərməyə hazırlaşır

Kuba bu ilin mayın 29-dan sonra ABŞ-a səfir təyin edəcək.
Kuba prezidenti Raul Kastro "Al-Jazzira"yə müsahibəsində belə deyib. 
Kubanın Vaşinqtona səfir göndərəcəyi haqda məlumatlara münasibət bildirən ABŞ Dövlət Departamenti sözçüsünün müavini Ceff Ratki isə qeyd edib ki, bununla bağlı hələlik açıqlama verə bilməyəcəklər: "Bu məntiqli bir addım olardı. Danışıqlar davam edir. Səfirlərin mübadiləsinin konkret vaxtı isə hələlik müəyyənləşməyib".

Google+ WhatsApp ok.ru