Çində təbii fəlakət - 16 ölü, 10 itkin...

Çində təbii fəlakət - 16 ölü, 10 itkin...

Çində təbii fəlakət kütləvi ölümə yol açıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, leysan yağışlarının törətdiyi fəsadlarda ölənlərin sayının 16-a, itkin düşənlərin sayı isə 10-a çatdığı bildirilir.
 
Leysan yağışlarının əmələ gətirdiyi sel və daşqınlar 94 mindən çox sakinin təxliyyə edilməsinə, 600 evin tamamilə, 6500 evin isə qismən dağılmasına səbəb olub.
 
Quansi Cuan muxtar rayonunda 60 iri çayda suyun səviyyəsi təhlükəli həddə çatıb. Vəziyyət gərgin olaraq qalır. /

Google+ WhatsApp ok.ru