Məşhəddə 7-ci `İslami Film Bazarı` təşkil olunub

Məşhəddə 7-ci `İslami Film Bazarı` təşkil olunub

7-ci İslam Film Bazarı şənbə günü Məşhəd şəhərində İslam ölkələrindən gəlmiş 137 telekanal və kinokampaniyanın iştirakı ilə işə başlayıb.
 
Maide.Az xəbər verir ki, bu bazarda 20 ölkədən gəlmiş 137 telekanal və kinokampaniya öz məhsullarını təqdim edir. 30 telekanal isə alıcı qismində bu bazara qatılıb. Əsasən İslam Radio və Televiziya Birliyinə üzv olan telekanallar və müəssisələri təmsil edən 400 rəsmi nümayəndə də bu bazarda iştirak edir.
 
Bu bazar iyul ayının 2-dən 5-inə kimi kino sahəsi ilə maraqlanan insanlara ev sahibliyi edəcək.
 
İslam Film Bazarı və Radio və Televiziya Təchizatları Sərgisinin təşkil edilməsi Beynəlxalq İslam Radio və Televiziya Birliyinin 9-cu iclasının kənarında nəzərdə tutulmuş proqramlardandır. (iqna) /

Google+ WhatsApp ok.ru