Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 47-ə çatıb 22 Mart 2019 09:14 Hadisə Çinin Tszyansu vilayətində kimyəvi zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 47-ə çatıb. Maide.Az -in məluamtına görə, partlayışdan sonra 16 yerli xəstəxanaya 640-a yaxın müxtəlif dərəcəli xəsarət alan çatdırılıb. Vilayət hakimiyyəti bildirib ki, tibbi yardımın göstərilməsinə 3,5 min tibb işçisi, 90 tibbi yardım maşını cəlb olunub. Yaralananlardan 32-si kritik vəziyyətdədir, 58 nəfərin vəziyyəti isə ağırdır. Qeyd edək ki, 2015-ci ildə Tszyansu vilayətdə kimyəvi zavodda baş vermiş partlayışda 165 nəfər həyatını itirmişdi. Teqlər : #Çində,#kimyəvi,#zavodda,#partlayış,#nəticəsində,#ölənlərin,#sayı,#47ə,#çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Göyçayda faciə: 23 yaşlı oğlan şəhərin mərkəzində həyatını itirib Bakıda ticarət mərkəzində başlayan yanğının söndürülməsinə helikopter cəlb olunub - YENİLƏNİB2 (VİDEO)