Çin devalvasiyanı dayandırdı

Çin Mərkəzi Bankı (PBOC) yuanı 3 gün ardıcıl devalvasiya etməsinin ardınca bu gün dayanıb.
 
Çərşənbə Axşamı günü başladılmış devalvasiya prosesində, Çin yuanı ABŞ dolları qarşısında 4,7% ucuzlaşdırılaraq istinad məzənnəsi (orta nöqtə) 6.401 yuan səviyyəsinə qaldırılıb.
 
Səhər saatlarında yuanın dollar qarşısında dəyəri 6.3970 səviyyəsində olub.
 
Qeyd edək ki, Çin məzənnəni rəsmi olaraq müəyyən etdiyi bir orta nöqtədən idarə edir və yuan bu orta nöqtədən gündə 2 faiz yuxarı və ya aşağı gedə bilir.

Google+ WhatsApp ok.ru