İraq prezidentindən ABŞ-a sərt reaksiya

İraq prezidenti ABŞ ordusu Baş Qərargah rəisinin İraqın parçalanması ilə bağlı sözlərinə reaksiya olaraq, deyib ki, İraqın parçalanması qeyri-mümkündür.
Maide.az xəbər verir ki, Fuad Məsum Səudiyyə Ərəbistanda çıxan Şərql-Əvsət qəzeti ilə müsahibədə ABŞ ordusu Baş Qərargah rəisi Reymond Odiernonun İraqı parçalamaq barədəki sözlərinə reaksiya olaraq, İraqın parçalanmasını qeyri-mümkün adlandırıb və deyib ki, İraqın 3 müstəqil şiə, kürd və sünni dövlətinə parçalanması nəzəriyyəsi qeyri-mümkündür. 
İraqın baş naziri Heydər əl-İbadi də Odiernonun sözlərini məsuliyyətsizlik adlandırıb və deyib ki, bu sözlər onun İraq reallıqlarından xəbərsiz olması mənasındadır.
Qeyd edək ki, General Odierno bir müddət öncə iddia edib ki, İraqda şiə və sünni arasında barışığın olması hər gün getdikcə daha da çətinləşir və İraq sonda parçalanacaq. Amerikalı generalın İraq böhranına son qoymağın yeganə yolunun İraqı parçalamaq olduğunu dediyi bir vaxtda, ekspertlər və hətta, bəzi ABŞ rəsmiləri bildirirlər ki, ABŞ-ın 2003-cü ildə İraqa olan hərbi müdaxiləsinin ən başlıca səbəbi  İraqı böhrana sürükləmək və hazırkı duruma salmaq olub. /

Google+ WhatsApp ok.ru