Çin xaricdəki Uyğur müsəlmanlarını da təqib edir

Çin xaricdəki Uyğur müsəlmanlarını da təqib edir

"Weiss" saytının verdiyi məlumata görə, üç il əvvəl İngiltərədəki Uyğur İcmasının mərasimlərində mahnı və gülüş müşayiət olunurdu, amma indi bu mərasimlər dayanıb. Bu, Çin hökumətinin Uyğur icması üzvlərinə qarşı casusluq etməsi və onları risk altına qoymasıdır.
 
Maide.Az xəbər verir ki, BMT İnsan Haqları Şurasının məlumatına görə, Çinin milyonlarla uyğuru gizli düşərgələrdə zorla saxladığı təxmin edilir.
 
Az sayda uyğur İngiltərədə, əsasən Londonda yaşayır və Çin hökumətinin İngiltərədə onlara tətbiq etdiyi kampaniyanın həyatlarına təsir etdiyini söyləyirlər.
 
İngilis uyğur icmasını qorxu bürüyüb, çünki onların fikrincə, naməlum şəxslərin iştirak etdiyi mərasim təhlükəlidir və Çin hökumətinin casuslarının olması ehtimalı var.
 
Müsəlmanların hüquqlarını qorumaq üçün Birləşmiş Millətlər Təşkilatı ilə işləyən Dünya Uyğur Qurultayının açıqlamasına görə, çinli səlahiyyətlilər Qərb ölkələrində yaşayan uyğurları hədəf alıblar və dostlarından, ailələrindən hesabat vermələrini istəyir.
 
Sızan bəzi sənədlərə görə, Çin hökuməti xaricdə yaşayan uyğurları izləmək üçün xüsusi texnologiyadan istifadə edir. İndi bəzilərinin Sincan əyalətində koronavirusa görə yaranmış vəziyyətdə ailə üzvlərindən canlarını qurtarmaq üçün digər uyğurlara casusluq etmək ehtimalı var.
 
Dünya Uyğurları Konqresi hər iki ayda bir dəfə Çindən kənarda yaşayan uyğurların başqalarına casusluq etmək üçün təzyiqlə üzləşmələri barədə 100-dən çox hesabat aldıqlarını bildirir.

Google+ WhatsApp ok.ru