Iranda vertolyot qəzaya uğrayıb-Yenilənib

Baş vermiş vertolyot qəzasında 3 nəfər həlak olub. 
Vertolyot özəl şirkətə məxsus olub və qəzanın baş vermə səbəbləri araşdırılır. 
***
İranın paytaxtı Tehranda Dərbənd adlanan bölgəsində vertolyot dağa çırpılıb və vertolyotda yanğın baş verib. 
Maide.az-ın məılumatına görə, hadisə bu gün günorta yerli vaxtla saat 14:45-də baş verib. Hadisə yerinə İranın Qırmızı Aypara Cəmiyyətinin xilasediciləri cəlb olunub. 
Vertolyotun hansı qurum və ya təşkilata məxsus olduğu haqda məlumat verilməyib. Ölənlərin olduğunu lakin onların neçə nəfər olduğu haqda məlumatın olmadığı bildirilir. /
 

Google+ WhatsApp ok.ru