Qəzzada atəşkəsin vaxtı uzadılıb

 İşğalçı israil və HƏMAS arasında əldə olunmuş atəşkəsin vaxtı bu gün gecə yarısına qədər uzadılıb.

Bu gün səhər saat  08:00-dan 20:00-a qədər  işğalçı sionist rejim və Həmas arasında atəşkəs elan olunmuşdu. 

Qəzzada 12 saatlıq atəşkəsin elan edilməsindən sonra insanlar küçələrə axışıb. Onlar öz yaxınlarının meyidlərini dağıntılar altında axtarmağa başlayıb.

Maide.az-ın Fransa xəbər agentliyinə istinadən məlumatına görə, Atəşkəsin elanının ilkin saatlarında Qəzzanın müxtəlif bölgələrindən dağıntılar altından 100 fələstinlinin cəsədini çıxardıblar.  Ümumilikdə Qəzzada şəhid olanların sayının 1000 nəfəri keçib./

 

Google+ WhatsApp ok.ru